Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçiləcəklər - RƏSMİ
"Növbəti mərhələdə direktor və müavinlərinin də sertifikatlaşdırma prosesində iştirakını vacib hesab edirik".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: Peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, yeni təyin olunan məktəb direktorlarının məhz yüksək nəticə göstərən müəllimlər arasından seçilməsi vacib məqamdır:
"Çünki öz fənnini bilməyən şəxs məktəbə direktorluq edəndə, düşünürəm ki, bu, heç kimi sevindirmir. O demək deyil ki, yüksək nəticə göstərənləri dərhal direktor təyin edəcəyik. Sadəcə direktorlar yüksək nəticə göstərmiş müəllimlər arasından seçiləcəklər".
Almaz Qasımova
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Nazir yeni tədris ili üzrə I sinfə şagird qəbulunun aparılması barədə əmr imzalayıb
- "Məktəbli avtobusu" nə vaxtdan fəaliyyətə başlayacaq? - RƏSMİ
- Xankəndidə "Heydər Əliyev və suveren Azərbaycan" mövzusunda konfrans keçirilib
- Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq - RƏSMİ AÇIQLAMA
- Yeni tədris ilindən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacaq