"Beşyaşlı uşaqların 93 faizinin məktəbəhazırlıq təhsili ilə əhatəsi üçün imkanlar yaradılıb. Məktəbəhazırlıq qrupları üzrə yerlərin sayı 85 mindən 104 minə yüksəlib".
Oxu.Az xəbər verir ki, bunu bu gün baş tutan təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib.

O qeyd edib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi üçün tətbiq edilən ikinci model ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarıdır.
"Məktəbəhazırlıq qrupları üzrə yerlərin sayı 85 mindən 104 minə yüksəlib və bununla ölkə üzrə 5 yaşlı uşaqların təxminən 93 faizinin məktəbəhazırlıq təhsili ilə əhatəsi üçün imkan yaradılıb. Bu, son illər qeydə alınan ən yüksək göstəricidir", - deyə E.Bağırov bildirib.