Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Məktəbəqədər təhsil müəssisələri müdirlərinin yerdəyişməsi başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələri müdirlərinin yerdəyişməsi müsabiqəsi başlayır.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, müsabiqədə ali pedaqoji təhsili olan və hazırda müdir vəzifəsində çalışdığı müəssisədə üç ildən az olmayaraq işləyənlər iştirak edə bilərlər. Yerdəyişmə üçün ərizə verən namizədlər təqdim olunan vakant yerlərdən maksimum üçünü seçə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən məktəbəqədər təhsil müəssisələri müdirləri aprelin 11-dən 17-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
"Bakı Şəhəri üzrə Təhsil İdarəsi" teqi üzrə xəbərlər
- Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI
- Yaqut Müseyiblinin səs yazısı yayıldı: Araşdırma BAŞLANILDI - AUDİO
- Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub
- Beş paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib
- Müəllimlərin direktor müavini olmaq uğrunda davası başa çatdı: 1 000 manat cərimə edildi