Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Məktəbin istilik PROBLEMİ: Valideynlər övladlarını dərsə göndərmirlər
Tətildən qayıdan məktəblilər soyuq sinif otaqlarında dərs keçmək məcburiyyətində qalıblar. Belə vəziyyət uşaqların xəstələnməsinə, təhsildən yayınmasına səbəb olub.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Mingəçevir Energetiklər yaşayış massivində yerləşən 19 nömrəli məktəbdə istilik sistemi olmadığından sinif otaqlarında elektrikli qızıdırcılardan istifadə olunur.
Son günlər həmin qızdırıcılardan da istifadə edə bilməyiblər.
Valideynlər soyuq şəraitdə dərs keçən uşaqlarının xəstələnərək dərsdən qalmaq məcburiyyətində olduqlarını deyiblər.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, Mingəçevir şəhəri 19 nömrəli tam orta ümumtəhsil məktəbinin istiliklə təminatı elektrik qızdırıcıları vasitəsilə həyata keçirilir.
Elektrik sistemində qısa qapanmalar səbəbindən məktəbin istiliklə təchizatında fasilə yaranıb. İstilik təchizatının bərpa edilməsi üçün təxirəsalınmaz işlər aparılıb və problem aradan qaldırılıb. Təhsil müəssisəsinin istilik təminatı normal qaydada davam etdirilir.
Ətraflı süjetdə:

"Mingəçevir şəhəri" teqi üzrə xəbərlər
- Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysi istifadəyə verilir
- Ayaqqabısını bağlayarkən ölübmüş - Şagirdin vəfatı ilə bağlı TƏFƏRRÜAT
- Mingəçevirdə ailə FACİƏSİ: "Nəvəmin ölümünü görə bilmərəm"
- 18 yaşlı tələbənin ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU
- Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi xəstəxanada ölüb