Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Məktəblərdə dini dərslərin tədrisində məqsəd nədir? - AÇIQLAMA
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gələn ildən təhsil ocaqlarında dini dərslərin keçiriləcəyi barədə xəbərlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, o, din və təhsil məsələsində beynəlxalq təcrübədə əsasən üç anlayışdan istifadə edildiyini xatırladıb:
1. Dini tərbiyə
2. Dini təhsil.
3. Dinlə bağlı tədris.
G.İsmayılov bu məqamdan çıxış edərək, dini tərbiyəni yalniz ailənin verə biləcəyini qeyd edib:
“Dini təhsili dini təhsil ocaqları verir, dövlət dini təhsil verə bilməz. Amma dövlət dinlə bağlı tədrisi həyata keçirə bilər. Dinlə bağli tədris isə dinin yox, şəriətin yox, dini biliklərin verilməsini nəzərdə tutur və bu, nə dünyəviliyə, nə də Konstitusiyaya ziddir.
Orta məktəblərdə riyaziyyat, fizika, ədəbiyyat və s. tədris edilir. Məqsəd hamını riyaziyyatçı, fizik, ədəbiyyatçı etməkdirmi? Yox! Riyaziyyatçı, fizik, ədəbiyyatçını ali məktəb yetişdirir. Orta məktəb riyaziyyat, fizika, ədəbiyyatla bağli zəruri bilikləri verir”.
“Dinlə bağlı tədrisin də məqsədi hamını dindar və ya din adamı etmək deyil. Sadəcə, dinlə bağlı minimum biliklər verməkdir. Bu bilikləri dövlət verməsə, başqaları verəcək, amma dövlətin maraqlarına zidd şəkildə. Artıq prosesə başlanılıb.
Orta məktəbdə “Həyat bilgisi” fənni tədris edilir. Onun bir məqsədi də dini bilikləri verməkdir. Burada pis nə var ki?! Yaxud burda başa düşülməyəcək nə var ki?!”, - deyə sədr müavini qeyd edib.
İlhamə Əbülfət
Rəylər