162 saylı məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyevanın özünü məktəb binasının üçüncü mərtəbəsindən atması faktı ilə bağlı cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Hazırda iş üzrə istintaq orqanı tərəfindən məktəbin direktoru və şagirdlərin ifadəsi alınır.
Xatırladaq ki, hadisə aprelin 4-də baş verib. Hadisə baş verdikdən dərhal sonra məktəbli qızın üçüncü mərtəbədən bədbəxt hadisə nəticəsində yıxıldığı bildirilirdi. Daha sonra isə məlum oldu ki, qız psixoloji təzyiqlərə görə intihara əl atıb.
Rəylər