“Koronavirus pandemiyasından sonra idxal-ixrac əməliyyatlarının coğrafiyasında dəyişiklik baş verəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev “Yeni TV”nin canlı yayımında bildirib.
O deyib ki, hər ölkə daxildə özünü təmin etməyə çalışır:
“Müəyyən sektorlarda dəyişikliklər olacaq. Hər ölkə çalışacaq ki, özü məhsul hazırlasın. Əvvəl pambığımız var idi, satırdıq, ya da parçaya çevirib tekstil sənayesini inkişaf etdirirdik. Amma indi hər kəs çalışır ki, nəinki parça, hazır geyim əşyaları alıb satışa çıxarsın”.
İlhamə Əbülfət
Rəylər