Bu gün “Mənim Prezidentim” Gənclər Təşəbbüs Qrupunun himninə çəkilən klipin təqdimatı keçirilib.
Oxu.Az Editor.az-a istinadən xəbər verir ki, Mərasimdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, əməkdar artist Tünzalə Ağayeva, rejissor Ülviyyə Könül, gənclər və digər şəxslər iştirak ediblər.
Sözləri İsmayıl Dadaşova, musiqisi və ifası Tünzalə Ağayevaya aid olan himn qısa zamanda müxtəlif formalarda ictimaiyyətə çatdırılıb.
Qeyd edək ki, Ü.Könülün rejissorluğu, min nəfərdən çox gəncin iştirakı ilə çəkilən klip İçərişəhərdə lentə alınıb.
“Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupu son 10 ildə ölkə başçısı İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimaiyyətə çatdırmaq məqsədi ilə yaradılıb.
www.oxu.az