Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mənzil elan saytları vətəndaşları necə aldadır?
"Mənzil elan saytlarında yerləşdirilən elanlarda spekulyativ addımlar çox müşahidə olunur".
Bunu "Trend"ə əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı deyib.
O qeyd edib ki, saytlarla bağlı çox nikbin danışmağa gərək yoxdur.
"Misal üçün, 2 otaqlı "Leninqrad" layihəli mənzil sahəsi 48 kvadratmetrdir. Amma saytda yerləşdirəndə 60 kvadratmetr yazırlar. Eyni qayda yeni tikililərə də aiddir. Təklif edilən evlərin bir çoxu 2 otaqdan, hətta 1 otaqdan 3 otağa düzəldilmiş və funksionallığını itirmiş evlərdir.
Tutaq ki, "Leninqrad", "Kiyev" layihəli 3 otaqlı evlərin sahəsi təqribən 62-65 kvadratmetrdir. Bunu düşünərək insanlar fikirləşilər ki, əgər yeni tikilidə 65 kvadratmetr sahəsi olan 1 otaqlı mənzili varsa, onu 3 otağa çevirmək olar. Bu halda isə həmin evdə funksionallıq itir. Ona görə ki, tikinti prosesi zamanı layihələndirilərkən o evə otaq sayı kimi bir və ya 2 otaq nəzərdə tutulub, pəncərə sayı məhduddur və 3 otağa çevirən zaman bir otağa pəncərə qoymaq olmur. Bu cür digər məsələlər ortaya çıxır və mənzil funksionallığını itirir. Bu cür mənzilləri isə 3 otaqlı adı ilə saytlara yerləşdirirlər", - deyə o əlavə edib.
Rəylər