Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mənzilləri qanunsuz satan keçmiş direktor tutularaq ölkəyə gətirildi
Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Rusiyanın Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Rəsulov Dilafir Tariyel oğlunun ekstradisiyası haqqında qərar qəbul edilib.
bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Dilafir Rəsulovun “Konstra” MTK-nin direktor vəzifəsində işləyərkən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bununla bağlı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda )və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan olunub.
2021-ci ilin aprel ayında D.Rəsulovun Rusiyanın Tula şəhərində olması müəyyənləşdirilib.
Bu gün Dilafir Rəsulov Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Baş Prokurorluq Omanda həbs edilən İran vətəndaşı ilə bağlı məlumat yaydı
- Aqrar ixracdan əldə olunan daha 70 milyon manatdan çox vəsait Azərbaycana qaytarıldı
- Erməni hərbi cinayətkarların işi Zeynal Ağayevin icraatına verilib
- Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
- Erməni hərbi cinayətkarların işi məhkəməyə göndərilib
Rəylər