Hərbi xidmətə hazırlaşan gənc doğum günündə dənizdə boğulub.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ötən gün günorta saatlarında Məhəmməd İsmayılov dostu ilə birlikdə ad gününü qeyd etmək üçün dənizə gedib. Dənizə daxil olduqdan sonra onu tapmaq mümkün olmayıb.
Axtarışlardan sonra yeniyetmənin meyiti tapılaraq dənizdən çıxarılıb. Onun üzərində qan izləri olduğundan başının qayalara dəyərək öldüyü ehtimal edilir.
Mərhumun atası bildirib ki, Məhəmməd onun tək övladı idi. Oğlunun yanında gələn dostunu isə tanımır. Onun 50-55 yaşı olardı.
Qeyd edək ki, həmin ərazi qeyri-çimərlik zonası olduğundan hadisəyə dərhal müdaxilə etmək mümkün olmayıb.
Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
Axtarışlar nəticəsində dənizdə batmış 2007-ci il təvəllüdlü Məhəmməd Oruc oğlu İsmayılovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.