Bu gün axşam saatlarında Bakı şəhəri, Neftçilər prospekti Bayraq Meydanı yaxınlığında dəhşətli yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, 90 DN 988 dövlət nömrə nişanlı “Mitsubishi Lancer”le “Tofaş” toqquşub.
Zərbə nəticəsində “Tofaş” markalı avtomobil 30 metr kənara- yolun hərəkətsiz hissəsinə aşıb.
Dəhşətli qəza nəticəsində “Tofaş” markalı avtomobildə olan 3 nəfər ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Hər iki avtomobilin yararsız hala düşdüyü bildirilir.




www.oxu.az