Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mərkəzi Parkda yeraltı keçid baxımsız vəziyyətə düşüb - FOTOREPORTAJ
Bakının Yasamal rayonunda Mərkəzi Parkın 1-ci hissəsində yerləşən yeraltı keçidə lazımi qulluq və təmir işləri aparılmadığından yararsız vəziyyətə düşüb.
Oxu.Az "Photostock"a istinadən xəbər verir ki, hazırda keçidin divarlarında və tavanında ciddi çatlar müşahidə olunur. Bəzi yerlərdə divarları örtən plitələr tamamilə yıxılıb və bu sahələr müvəqqəti olaraq kağız və lentlə örtülüb.
Görünən odur ki, bu yeraltı keçiddə təmir işlərinin aparılmasına ehtiyac var. Vəziyyət qəzalara səbəb olmamışdan əvvəl aidiyyəti qurumlar bu problemə diqqət yetirməlidir.
Əlavə edək ki, parkın ilk hissəsi 22 may 2019-cu ildə açılıb.
Sözügedən keçiddən fotoreportajı təqdim edirik.
Daha çox foto burada: PhotoStock.az