Mərkəzi Klinik Xəstəxanaya yeni baş direktor təyin edilib və bu vəzifənin icrası Toğrul Adıgözəlova tapşırılıb. İndiyə qədər Mərkəzi Klinik Xəstəxananın direktoru türkiyəli Melikşah Acuner olub. Toğrul Adıgözəlov isə “Caspian İnternational Hospital”ın direktoru vəzifəsində çalışıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Toğrul Adıgözəlovla bağlı əlavə bilgilər məlum olub.
Mərkəzi Klinik Xəstəxanadan saytımıza bildirilib ki, Toğrul Adıgözəlov Azərbaycan Bəstəkarlar İttifaqının mərhum sədri, xalq artisti Vasif Adıgözəlovun oğludur. Yeni Baş direktorun qardaşı Yalçın Adıgözəlov da Azərbaycanda tanınmış dirijordur.
Yeri gəlmişkən, Toğrul Adıgözəlov əvvəllər - 1999-2009-cu illərdə Bakının məşhur klinikalarından olan “Leyla Şıxlinskayanın Klinikası”nın baş həkimi vəzifəsində işləyib.
14:34
Azərbaycanda səhiyyə sahəsində növbəti kadr dəyişikliyi aparılıb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, Mərkəzi Klinikaya yeni baş direktor təyin edilib və bu vəzifənin icrası Toğrul Adıgözəlova tapşırılıb.
İndiyə qədər Mərkəzi Klinik Xəstəxananın direktoru Melikşah Acuner olub. Toğrul Adıgözəlov isə “Caspian İnternational Hospital”ın direktoru vəzifəsində çalışıb.