Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məscidlərdə yas mərasimlərinə məhdudiyyət qoyuldu - YENİLƏNİB
Azərbaycanda bir sıra məscidlərində koronavirus təhlükəsi ilə əlaqədar olaraq yas mərasimlərinin keçirilməsi qadağan edilib.
Report-un xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) göstərişi ilə “Təzə Pir” və “Heydər” məscidilərinin mərasim zallarında yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub.
17:39
“Təzə Pir” məscidində ehsan verilməsi məhdudlaşdırılıb.
Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən həftə koronavirus təhlükəsi ilə bağlı verilən tövsiyələrə uyğun olaraq, məscidin mərasim zallarında yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub:
“Məhdudiyyətin nə zamana qədər davam edəcəyi ilə bağlı hələlik məlumat yoxdur”.
Könül Cəfərli
Rəylər