Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Meşələrin girişinə kameralar quraşdırılıb
Azərbaycanda beş rayonda meşələrin girişində kameralar quraşdırılıb.
Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, meşələrin girişində quraşdırılan kameralar 24 saat fəaliyyət göstərəcək:
“Günəş batareyası ilə işləyəcək. Zaqatala, Oğuz, Şəki, Qəbələ və Qax rayonunda quraşdırılıb. Kameralar 20 min hektara yaxın ərazidə müşahidə aparır. Onlar vasitəsilə 1600 metrdən konkret hədəf görünür. Kameralar 15 metr hündürlükdə quraşdırılıb, onun çəkdiyi görüntü 48 gün ərzində yaddaşında qalır.”.
Firdovsi Əliyev qeyd edib ki, kameralar həm də yanğınlara nəzarət edəcək:
“İnsan faktoru olmadan bir yanğını kameralardan görəcəyik. Bu da yanğınlara qarşı operativ tədbirlərin göstərilməsinə kömək olacaq. Kənd sakinləri əvvəlcə kameraların quraşdırılmasına etiraz edir, qısqanc yanaşırdılar, amma buna baxmayaraq, meşələrə kameraların quraşdırılması davam edir”.
İlhamə Əbülfət
"Azərbaycan" teqi üzrə xəbərlər
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı