Bakıda Fəvvarələr meydanında, vaxtilə “Araz” kinoteatrının yanı deyərərk görüş yeri verdiyimiz ərazidə “Ajda” adlı yeni bir məkan açıldı.
Dadlı qəhvə içərək, şirin söhbət etmək üçün ideal şərait yaradılan “Ajda” nın açılışına məşhurlar, cəmiyyətin tanınmış simaları gəlmişdi.
Qonaqların çox olmasına baxmayaraq məkanın peşəkar heyəti heç kimi diqqətdən kənar saxlamadı. Qonaqlara qəhvə və çayla yanaşı dadlı desert və şirniyyat da təqdim olunurdu.
“Ajda” nın müştərilərilə ilk görüşünü yaddaqalan edən bir amil isə təbii ki, həm də musiqi oldu. East or West, qrupunun əcnəbi mahnıları milli alətlərimizdə şərq üslubunda ifası bayram təntənəsi ilə yanaşı rahatlıq abu- havası yaradırdı.
Təntənəli açılış mərasimində aktyorlar Vəfa Zeynalova, Rüfət Nəzər (tədbirin aparıcısı rolunu da üzərinə götürmüşdü), dizayner Ləman Əsgərova, məşhur bloqerlər Azər Qərib, Nata Osmanlı, yazıçı Rəna Yuzbaşı, jurnalist Vyaçeslav Sapunov, Feliks Vişnevetskiy, Natella Kərimova, aparıcı Samirə Mustafayeva, Rüfət Agayev, Ceyhun Əli, Könül Arifqızı, model agentlkilərinin rəhbərləri Lyubov Quturova, Natella Kərimova, Park Bulvar AVM-in PR meneceri Günay Malikqızı və digərləri iştırak ediblər.
Ajda — yeni bir kafenin adı deyil, həm də keyfiyyətin adıdıdr. Türkiyədə və Avropanın bir neçə ölkəsində populyarlaşan Ajda indi isə gözəl paytaxtımızın keyfiyyət bilicilərinin qəlbini fəth edəcək. Ajda — türk qəhvəsinin bir çox növünün, çayların, şirniyyat, sendviç, dondurma və müxtəlif dessertlərin bir məkanda toplanması deməkdir.
Müasir həyatın gərgin, yorucu ritmində istirahətə ayırdıgımız vaxt xüsusi əhəmiyyət kəsb edir. Bu məkana nahar fasiləsində vaxt tapıb qaçaraq gələndə, həmkarlarınızla ətirli qəhvə fincanı ətrafına yıgışıb gələcək planları müzakirə etmək və ya çətin iş gününün sonunda dostlarınızla ünsiyyət qurmaq, istirahət etmək üçün –fərq etməz bu və ya başqa bahənələrlə gəlsəniz, Ajda sizin üçün meqapolisin içiində xüsusi bir rahatlıq məkanı olacaq.
Ajda — yüksək keyfiyyət, münasib qiymətlər və hər qonağa xüsusi diqqət deməkdir. Ajda-ya bir dəfə gəlməyə vaxt tapsanız, həyatınızın sevinc payı artacaq, özünüz üçün gözəl bir vərdiş qazanacaqslnız. Ajda — bizim gözəl şəhərimizdə daha bir rahat məkandır.