Türkiyənin məşhur xəbər aparıcısı Uğur Dündara keçmiş nəqliyyat naziri Binali Yıldırımı təhqir etdiyi üçün 11 ay 20 gün həbs cəzası kəsilib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Uğur Dündarın əvvəllər də 3 aydan çox həbs cəzası almaması və təkrar olaraq belə bir hərəkətə yol verməyəcəyi qənaətinə gəldiyini açıqlayan məhkəmə cəzanı təxirə salıb və 1 illik yoxlama müddəti təyin edib.
Xatırladaq ki, Uğur Dündarın 5 aprel 2014-ci ildə “Milliyyet” qəzetində yazdığı məqalədə Binali Yıldırımı təhqir etdiyinə görə 1 ildən 2 il 4 aya qədər həbslə cəzalandırılması tələb edilmişdi.
Aytən Sadıqzadə
www.oxu.az