"2026-cı ildə Laçın rayonunun Şəlvə və Pircahan kəndlərində bərpa-tikinti prosesinin başladılması planlaşdırılır".
Oxu.Az-ın Laçına ezam olunan əməkdaşının məlumatına görə, bunu "MDB-nin mədəniyyət paytaxtı - 2025" ilinin bağlanış mərasimindən sonra Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq Yeni Qorçu qəsəbəsində də söküntü işlərinə başlanılıb: "Ümid edirik ki, növbəti ildən orada da tikinti prosesi başlanılacaq. Laçın şəhərində 2023-cü ildə təməli qoyulmuş yeni yaşayış məhəlləsinin də artıq layihələndirmə işləri başa çatıb. Yenə də növbəti ildə yeni yaşayış məhəllələrinin tikintisi planlaşdırılır. Həmçinin Laçın şəhərində yeni obyektlərin də istifadəyə verilməsi gözlənilir".
Xüsusi nümayəndə Güləbird kəndində bərpa-tikinti işlərinin davam etdirildiyini də qeyd edib.
Samir Əli