"MDB-nin mədəniyyət paytaxtı - 2025" çərçivəsində görülən işlər tərəfdaşlığımızın yeni bünövrəsidir".
Oxu.Az-ın Laçına ezam olunan əməkdaşının məlumatına görə, bunu "MDB-nin mədəniyyət paytaxtı - 2025" ilinin bağlanış mərasimində Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
O bildirib ki, 2025-ci il Laçın üçün yeni bir temp, yeni bir əhval ili olub: "Bu il bizə canlı, insani, yaradıcılıqla zəngin mədəniyyət dialoqu bəxş etdi. Biz Mədəniyyət Nazirliyi, MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar əməkdaşlıq Fondu ilə birlikdə böyük beynəlxalq tədbirlər keçirdik. Hesab edirəm ki, 2025-ci il həm mədəni, həm də ictimai qurumlarımızın əməkdaşlığı baxımından yeni bir mərhələyə çevrildi".
Samir Əli