Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mətbuat prospektində aparılan təmir işləri yekunlaşdı
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası çərçivəsində Bakı şəhəri, Mətbuat prospektində aparılan təmir işləri yekunlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca "İnşaat Norma və Qaydaları"na əsasən lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Sözügedən prospekt müasir görkəmdə artıq vətəndaşların istifadəsindədir.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Yeddi yaşayış məntəqəsini birləşdirən yolda təmir işləri yekunlaşdı
- Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir
- Azərbaycanda ödənişli yoldan istifadə üçün xüsusi kartların satışına başlanılır
- Quba-Xınalıq yolunda yeni körpünün inşasına başlanıldı
- Tərtər-Ağdərə avtomobil yolunun inşasına BAŞLANILIB
Rəylər