Bakı metrosunda istismarda olan vaqonların əsaslı təmirinə başlanılıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Bildirilib ki, təmir işləri Tbilisidə həyata keçirilir.
İlin ötən dövründə hər birində 5 vaqon olmaqla, 3 qatar modernizasiya edilib. Onlardan biri artıq yoxlama-sınaq mərhələsindədir. Həmin qatarın bir neçə gündən sonra tam istifadəyə verilməsi nəzərdə tutulur.