Bu gün səhər saatlarında Bakı Metropoliteninin yaşıl xətti üzrə “Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu səbəbdən sərnişinlər qatardan təxliyyə olunub və nasazlıq yaranan qatar baxış üçün depoya göndərilib.
Hadisə nəticəsində “Həzi Aslanov” stansiyasından “Nəriman Nərimanov” stansiyasına qədər sərnişinlərin sıxlığı yaranıb.
“Ümumi intervalda 2-2,5 dəqiqə gecikmə baş verib. Lakin bundan sonra qatarların hərəkəti bərpa olunub, qrafik üzrə hərəkət edirlər”, - deyə qurumdan bildirilib.