Bakı metropolitenində QR-kodla ödənişlərdə yaranan problem aradan qaldırılıb.
Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
"BakıKart"ın QR-la ödəniş sistemində texniki çətinlik müşahidə olunub. Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılıb və qısa müddətdə aradan qaldırılıb. Anlayışınız üçün təşəkkür edirik", - deyə məlumatda bildirilir.
Bakı metropolitenində QR-kodla ödənişlərdə problem yaşanıb.
Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Onların sözlərinə görə, hazırda QR-kod ödənişlərdə yaşanan problemə görə metronun "28 May" stansiyasının girişində sıxlıq müşahidə edilir.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.

Aygün Mirakif