Nizami rayonundakı “Lotos” ticarət mərkəzinin zirzəmisində yerləşdirilən keçmiş metro ticarətçilərinin hazırda çalışdıqları mağazalar satışa çıxarılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Yeni Müsavat”a “Metro” adlı yeni ticarət mərkəzində çalışanlar məlumat veriblər. Onların sözlərinə görə, yeni ticarət mərkəzinin yeri əvvəl pullu avtodayanacaq olub.
Dayanacağın gündəlik dövriyyəsi də yaxşı imiş. Avtodayanacağın yerində “Metro” adı ilə fəaliyyətə başlayan ticarət mərkəzində çalışanlardan 3 ay müddətində yer pulu alınmaması ilə bağlı qərar “Lotos” rəhbərliyini ziyana salıb. Satıcılar bildirdilər ki, indi şayiə gəzir ki, mağazalar satışa çıxarılsın.
Amid adlı satıcı bildirdi ki, yerləşdikləri yeni ticarət mərkəzinə alıcıların marağı olduqca azdır:
“Buraya gələn “Vasmoy bazarı”na gedir. Yerimiz dardır, eyni zamanda müştərilərə geniş çeşiddə mal təqdim edə bilmirik. Axtardığını burada tapa bilməyən müştəri də avtomatik olaraq itirmiş oluruq. Gün ərzində 10 manatlıq alverim olur. Düzdür, 3 ay bizdən yerpulu almayacaqlar. Amma növbəti aylarda vəziyyətimizin necə olacağını bilmirəm".
Satıcılar bildirdilər ki, hazırda ticarət mərkəzində 200-ə yaxın köşk fəaliyyət göstərir. Burada da əsasən metronun “Neftçilər”, “Qara Qarayev”, “Koroğlu”, “Nərimanov” və “Gənclik” stansiyalarının keçidlərində ticarətlə məşğul olmuş sahibkarlar yerləşdiriliblər. Sahibkarlarla ilkin olaraq 3 aylıq müqavilə imzalanıb. Müqavilədə qeyd olunub ki, bu müddətdə “Lotos” rəhbərliyi mağazalardan yerpulu almayacaq. Məlumata görə, bu müddət başa çatdıqdan sonra mağazalar icarə əvəzinə satışa çıxarılacaq.
Qeyd edək ki, “Metro” ticarət mərkəzi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında yaradılıb. Məqsəd isə Bakı Metropolitenində yerləşən ticarət köşklərinin sökülməsindən sonra orda çalışan ticarətçiləri yerləşdirmək olub. Bundan əvvəl isə metro stansiyalarda yerləşən köşklərinin sökülməsinə etiraz edən sahibkarlar kompen
www.oxu.az