Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Metronun "28 May" stansiyasının ətrafında görülən işlərin yekunlaşacağı tarix açıqlandı
Səkilər sökülüb, bordürlər çıxarılıb.
Xezerxeber.az-ın məlumatına görə, söhbət metronun "28 May" stansiyasının və Bakı Dəmiryol Vağzalının qarşısındakı meydandan gedir.
İş icraçılarından verilən məlumata görə, ərazidə söküntü işləri artıq yekunlaşır.
Meydanın əvvəlki görkəmi dəyişəcək, daha işıqlı, ərtaf yaşıllıqlarla dolu olacaq. Binaların fasadı daha müasir və eyni rənglə bəzənəcək.
Asfalt örtüyü ilə yanaşı müasir döşəmələrlə əhatə olunacaq. Piyada keçidləri rənglənərək yol örtüyü yenilənəcək.
Bir aydır hasarlanan meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində ümumi sahəsi 3,5 ha olan əsaslı təmir-yenidənqurma işləri bu ilin payızında yekunlaşacaq.
Xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən abadlıq işləri çərçivəsində sözügedən ərazinin ətrafında asfalt örtüyünün dəyişdirilməsi, velosiped zolaqlarının təşkil edilməsi nəzərdə tutulur.
Həmçinin Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da yaradılacaq.
Ətraflı süjetdə:
"Bakı Şəhər İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- Bakıda yeni park salınır - RƏSMİ
- Yasamalda meşəlik məhv edilir? - Ağacların kəsilməsi ilə bağlı qurumdan AÇIQLAMA
- Bakıda cəmi 4 nəfər Şaxta baba olmaq istəyib
- Azərbaycanda 30-40 ilin ən soyuq qışı gözlənilir: Aidiyyəti qurumlar hazırdırlarmı?
- Rüstəm Şahbazov: "Mühafizə zolaqlarına düşən tikililərlə bağlı işçi qrupu yaradılıb"
Rəylər