Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 15-dən Bakı Metropolitenində qış qrafiki tətbiq ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Qafqazinfo-ya açıqlama verən Bakı Metropoliteni QSC-nin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayevin bildirdiyinə görə, yay aylarında xəttə 24 qatar buraxılırdısa, qış qrafikinə keçidlə əlaqədar qatarların sayı 30-a çatacaq:
“Qatarlar arası intervallar da azaldılacaq. 1,5-2,5 dəqiqə interval olacaq”.
N.Paşayev “28 May” metrosunun girişinin nə vaxt istifadəyə veriləcəyi barədə də danışıb. Qeyd edib ki, metronun girişinin açılma tarixi məlum deyil:
“Bəzi texniki məsələlər qalıb. Onlar yekunlaşdıqdan sonra giriş sərnişinlərin istifadəsinə veriləcək”.