Lökbatan qəsəbəsi ərazisindəki “Meyvəli” bazarında başlayan yanğın artıq söndürülüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.
Məlumata görə, yanğın nəticəsində bazarın talvarı 3-4 kv.m. sahədə yanıb.
20:15
Lökbatan qəsəbəsi ərazisindəki “Meyvəli” bazarında yanğın başlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti məlumat verib.
Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.
Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat verilmir.