Əməkdar artist Vəfa Zeynalova yeni fotosessiya etdirib.
Oxu.Az-ın Day.az-a istinadən verdiyi məlumata görə, fotosessiya “Payız - qış” adlanır.
Nəzərinizə çatdırırıq ki, Vəfa Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Təhsil aldığı dövrdən (1996-cı ildə) Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.
Ailəlidir, əkiz qız övladı var.