Həmişə “Son zəng” günü çal-çağırlı, səs-küylü olan Bakı Bulvarının həmin günləri arxada qalıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu gün məktəblilərin “Son zəngi” olsa da, Bulvar məzunsuz qalıb. Bir saat Bulvarda müşahidə aparsaq da, bir məzuna da rast gələ bilmədik. Görəsən, məzunları Bulvardan didərgin edən nədir?
Məlumata görə, buna səbəb polislərin məzunları Bulvara buraxmaması olub. Bulvarda bayramlarını keçirmək istəyənlərin arzuları ürəklərində qalıb.