Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mikayıl Cabbarov müəllimlərin maaşını artıracağını vəd etdi
Gələn maliyyə ilində sınaq dəyərləndirməsini keçən müəllimlərin maaşı artacaq. Sınaq dəyərləndirilməsinin keçirilmədiyi regionlarda maaşın artması məsələsi gündəmdə deyil.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Mikayıl Cabbarov Bakı şəhər təhsil işçilərinin konfransında bildirib.
Onun sözlərinə görə, məktəb direktorlarının əsas vəzifələrindən biri iş yükünün bölüşdürülməsidir, amma bu gün vəziyyət fərqlidir.
“Məsələn, bəzi müəllimlərin iş yükü bir stavkadan aşağıdır. Maaşın artırılmasının nə mənası var? Ona görə də biz öncə iş yükünün optimallaşdırılmasını istəyirik. Bu addımın ilk mərhələsi sınaq dəyərləndirməsi idi”, - Cabbarov deyib.
Nazirin qeyd etdiyi kimi, Bakıda sınaq dəyərləndirməsi başa çatıb. 18% yüksək, 64% kafi və 14% zəif nəticələr göstərib.
Cabbarov hesab edir ki, bu nəticələr müəllimlərin fəaliyyətinə dair müvafiq qərarların qəbul edilməsi üçün çox vacibdir. Məsələn, onlar, iş yükünün bölünməsi, sinif rəhbərinin təyin edilməsi zamanı nəzərə alına bilərlər.