Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mikayıl Cabbarov narazı deputatlara cavab verdi
Milli Məclisin bu gün keçirilən iclasında təhsil naziri Mikayıl Cabbarov 2015-ci il büdcə layihəsinin müzakirəsi zamanı təhsil sahəsindən şikayətlənən və Təhsil Nazirliyinə təkliflər verən deputatların fikirlərinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, AzVision.az-ın məlumatına görə, nazir bildirib ki, müəllimlərin maksimal dərs yükü 36 dərs saatına bərabər ola bilər: “Bu da onların öz istəyi ilə müəyyən edilir. Onların əmək haqlarına gəldikdə isə bu göstərici 12 saat üçün minimal 155, maksimum isə 207 manata bərabərdir”
Nazir həmçinin rayon və kənd məktəblərində vakant yerlərlə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, respublikanın kənd və rayonlarında vakant sayı 3 faizdən 1 faizə enib:
“Bu da onu göstərir ki, gənc müəllimləri ucqar ərazilərimizdə işləməsinə həvəsləndirmək üçün hökumətin apardığı işlər öz müsbət təsirini verir”.
Daha sonra müəllimlərin sayından danışan təhsil naziri qeyd edib ki, əvvəllər Azərbaycanda 1 müəllimə 8 şagird düşürdü:
“Görülən tədbirlər nəticəsində bu göstərici respublikada 1 müəllimə 9 şagird, Bakıda isə 1 müəllimə 12 şagird düşür”.
M.Cabbarov müəllimlərin nüfuzundan danışıb:
“Bütün müəllim ixtisaslarına ali təhsil müəssisələrində qəbul balları qaldırılır. Bu da müəllimin nüfuzunun artmasına öz müsbət təsirini göstərəcək”,- deyə nazir əlavə edib.
Nazir bildirib ki, təhsil sektorunda 151 min müəllim fəaliyyət göstərir və yeni müəllimlərin bu peşəyə gətirilməsi üçün bir sıra həvəsləndirici layihələr həyata keçirilir:
“Sevindirici haldır ki, son illər qəbul göstəricilərində müəllimlik ixtisasına daxil olanların qəbul ballarının artırılması müəllim nüfuzunun qaldırılması yönündə öz müsbət nəticələrini verməkdədir”.
Təhsil naziri orta məktəblərdə hərbi dərslərin keçirilməsi məsələsinə də toxunub:
“Biz eyni zamanda Müdafiə Nazirliyi ilə birlikdə işlər həyata keçiririk. Sərhədyanı bölgələrdə əsgərlərlə görüşlər həyata keçiririk. Müdafiə Sənayesi Nazirliyi ilə birlikdə həyata keçirdiyimiz işlərin böyük əhəmiyyəti var. Çalışırıq ki, məhz Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi vasitələrlə fənn kabinetlərini təmin edək. Daha 50 məktəbdə hərbi hazırlıq kabineti həmin vasitələrlə təmin olunacaq”
E.Ə.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət