Təhsil sahəsində hər bir yeniliyin tətbiqindən öncə onun geniş müzakirəsi olacaq.
Bunu Şamaxıda bölgə rayonlarından olan bir qrup vətəndaşların qəbulundan sonra jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazirlik tezliklə təhsildə tətbiq ediləcək yenilikləri müzakirə etmək üçün ictimaiyyət, təhsil qurumları və QHT nümayəndələri ilə görüşlər keçirib müzakirələr aparacaq.
“Belə görüşlər təhsil sahəsinini islahatlarına aid ola bilən bütün fikirləri toplamaq, sağlam mühitdə müzakirələri keçirmək və bu o demək deyil ki, bütün fikirlər qəbul olunacaq, amma istiqamətlərin müəyyənəşdirilməsi üçün bütün fikirlər öyrənilməlidir”, - deyə təhsil naziri bildirib.
Qeyd edək ki, Nazirliyin bir neçə gün öncəki açıqlamasına görə, təhsildə 2020-ci ilədək həyata keçiriləcək yeniliklər əsasən 12 illik ümumi təhsil sisteminə keçidin təmin edilməsidir. Bununla əlaqədar təhsil proqramları, dərsliklər müasir tələblər baxımından yeniləşdiriləcək. Bütün təhsil pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi genişləndiriləcək. Müəllimlər üçün diferensial əmək haqqı və mükafatlandırma sistemi hazırlanacaq. Ucqar kənd məktəblərində pedaqoji kadrların təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma tədbirləri gücləndiriləcək. Xarici ölkələrin aparıcı universitetlərində dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı 2015-ci ilədək əhəmiyyətli dərəcədə artacaq.
www.anspress.com
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin