Qaradağ Rayon İcra Hakimiyyəti Mikayıl Müşfiqin Müşfiqabad qəsəbəsindəki abidəsinin aşırılmasına münasibət bildirib.
İH-nin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Mikayıl Müşfiqin Müşfiqabad qəsəbəsindəki abidəsi və ətrafı yararsız vəziyyətdə idi:
“Ərazidə abadlıq işləri aparılıb və yeni abidə hazırlanıb. Çıxarılan abidə sovet dövründə gipsdən düzəldilmişdi. O, Mikayıl Müşfiqin şəxsiyyətinə, şairliyinə yaraşmayan abidə idi. Hər dəfə ağardılırdı və görkəmi də ona oxşamırdı”.
“Dünən Mikayıl Müşfiqin mərmərdən yeni abidəsi köhnə abidənin yerinə qoyulub”, - deyə şöbə müdiri qeyd edib.
Qeyd edək ki, Mikayıl Müşfiqin Qaradağ rayonu ərazisindəki büstü traktorla aşırılıb. Həmin görüntülər sosial şəbəkədə narazılığa səbəb olub.
Qaradağ Rayon İcra Hakimiyyəti Mikayıl Müşfiqin Müşfiqabad qəsəbəsindəki abidəsinin aşırılmasına münasibət bildirib.İH-nin ictimai siyasi və humanitar məsələlər...
İlhamə Əbülfət
Rəylər