“Hər şüursuz adamın yazdığını oxumaq fikrində deyiləm. Çünki “Facebook”da olanların hamısı avara, işsiz-gücsüz adamlardır”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə lent.az-a müsahibəsində deyib.
“Sosial şəbəkələrdə hər yoldan keçən ağzına gələni yazır və mənim də vaxtım yoxdur, elə şeylərlə məşğul olum. Kim kimin haqqında nə yazdı, nə dedi, məni maraqlandırmır”, - deyə millət vəkili əlavə edib.
A.M.