Azərbaycanda fəaliyyət göstərən federasiyalardan bizə çoxlu müraciətlər daxil olur. Demək olar ki, hər gün bu yöndə müraciətlər edilir. Onlar həmin federasiyaların dövlət tərəfindən maliyyələşdirilməsi, həmçinin, ayrılan vəsaitlərin artırılması xahişi ilə çıxış edirlər. Çünki onlar Azərbaycanı həm də xaricdə təmsil edirlər, bu səbəbdən maliyyəyə, xüsusilə xarici valyutaya ehtiyac duyurlar.
Oxu.Az xəbər verir ki, bunu parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev parlamentin komitələrinin birgə iclasında deyib.
Komitə sədri bildirib ki, bu gün Azərbaycanda 81 idman federasiyası fəaliyyət göstərir:
“Onlardan 30-u olimpiya, 51-i isə qeyri-olimpiya yönümlüdür. Ona görə də hesab edirik ki, idman federasiyalarına dövlət büdcəsindən daha çox vəsait nəzərdə tutulmalıdır. Buna ciddi ehtiyac var”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az