Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Millət vəkili: “Soydaş haqqında” qanun qəbul edilsin
Deputat Əflatun Amaşov “Soydaş haqqında” yeni qanun layihəsinin qəbul edilməsini təklif edib.
Oxu.Az xəbər verir ki, o, parlamentdə çıxış edərək bildirib ki, bu problem, əsasən, Gürcüstan və Rusiyada yaşayan soydaşlarımıza aiddir:
“Onların əksəriyyəti burada daşınmaz əmlaka sahibdir. Təklif edirəm ki, Azərbaycandan kənar soydaşlarımıza nəzərdə tutulan güzəşt daha çox olsun. Onlar burada ailələrinə və doğmalarına baş çəkməyə gəlir. Gürcüstanda yaşayan soydaşlarımız üçün güzəşt müddəti 15 gündür. Ona görə də bu məsələnin həlli üçün “Soydaş haqqında” qanunun qəbuluna ehtiyac var”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!