Azərbaycan İnkişaf Mərkəzi bir qrup fəal gəncin dəstəyi ilə sosial şəbəkələrdə “Keçmişdən Gələcəyə Doğru” adı ilə kampaniayaya start verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, adıçəkilən hərəkatın əsas məqsədi Azərbaycanın unudulmaqda olan adət və ənənələrimizi qorumaq, təbliğ etməkdir.
Könüllü şəkildə bir araya gələrək bu hərəkatı formalaşdıran gənclərin əsas missiyası qloballaşan dünyada getdikcə deformasiyaya uğrayan milli ənənələrin unudulmamasıdır.
Bu məqsədlə gənclər Azərbaycanın müxtəlif milli adətlərinin, musqisinin, adətlərinin və geyim modasının təbliğini nəzərdə tutan aksiyalar keçirmək niyyətindədirlər. Ötən həftə gənc fəallar bununla bağlı ilk tədbiri keçiriblər.
Bakı Milli Geyim Evinin hazırladığı milli geyimlərdə Bakı küçələrinə çıxan gənc oğlan və qızlar Qız qalası və İçərişəhər küçələri ilə hərəkət ediblər. “Keçmişdən Gələcəyə Doğru” şəbəkənin bu aksiyası sosial şəbəkələrədə böyük diqqət və rəğbətlə qarşılanıb.