Milli Məclis Qafqaz Müsəlmanları İdarəsinin süni mayalanma ilə bağlı bəyanatına cavab verib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin bildirdiyinə görə, bu məsələni iki il öncə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə müzakirə ediblər:
“Biz müzakirəyə çıxardığımız layihədə Qafqaz Müsəlmanları İdarəsinin qaldırdığı bütün məsələləri nəzərə aldıq. Ona görə də bəyan edirəm ki, müzakirə olunan layihə variantlarında hazırda Qafqaz Müsəlmanları İdarəsinin əleyhinə getdiyi hər hansı məsələ yer almayıb.
Müxtəlif müzakirələrdə müxtəlif fikirlərin səsləndirilməsi müzakirədə olan layihəyə heç bir aidiyyəti yoxdur. Bir daha bildirmək istəyirəm ki, müzakirə olunan sənəddə belə məsələlər yoxdur. Əslində bizim komitə ilə Qafqaz Müsəlmanları İdarəsinin fikirləri üst-üstə düşür”.