Milli Məclisdə (MM) keçi südü və keçi pendirindən danışılıb.
Oxu.Az-ın xəbərinə görə, bunu MM-də iki gündür davam edən Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında ispaniyalı xanım parlamentari gündəmə gətirib.
O, qeyd edib ki, bu gün dünyada keçi südü və pendirinə ciddi ehtiyac var.
“Ona görə keçi südü və keçi pendirinin satılması daha da müasirləşdirilməlidir. Yəni, bu işlə məşğul olanlara köməklik göstərilməsi üçün internet vasitəsi ilə sifarişlər etmək olar. Yəni, onlara daha peşəkar səviyyədə belə imkanlar yaradılmalıdır”, - deyə, ispaniyalı parlamentari əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər