Milli Məclisin deputatı Rüstəm Xəlilovun avtomobili qəzaya uğrayıb.
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə “Hyatt Regency” otelinin yaxınlığında baş verib.
Hadisə şahidləri bildiriblər ki, deputatın olduğu gümüşü rəngli “Mercedes” markalı avtomobili sürücü idarə edirmiş. Üzbəüz gələn maşın qarşı hərəkət zolağına çıxıb və millət vəkilinin avtomobilinə çırpılıb.
Hadisə şahidləri qəza nəticəsində xəsarət alanın olmadığı bildiriblər.
www.anspress.com
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin