Milli Məclisin sədri Oqtay Əsədov deputatlara irad tutub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, spiker onlardan telefonu söndürmələrini tələb edib: “Mən hər dəfə bu məsələni deyirəm. Sizə iclas zamanı zəng gəlir və danışırsınız.
Telefonu işlətməyi hamınız bilirsiniz. Onu söndürməyi də bacarmalısınız. Belə olmaz axı. Xahiş edirəm ki, bir-birimizə hörmət edək”.
E.Ə.
www.oxu.az