Dekabrın 15-də Ermənistanın Berd rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində bir erməni hərbçisi öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə “hraparak.am” saytına Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, öldürülən hərbçi müqaviləli hərbi qulluqçu 26 yaşlı Qrant Poqosyandır.