“Bu şəhərdə” yumoristik qrupunun aktyoru Coşqun Rəhimov səhhətindəki problemlə əlaqədar dekabrın 15-də Türkiyəyə gedib.
Oxu.Az Modern.az saytına istinadən xəbər verir ki, məlumatı “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov verib. Onun sözlərinə görə, Coşqun Rəhimov İstanbulda növbəti müayinədən keçəcək.
Xatırladaq ki, aktyor Coşqun Rəhimov 2010-cu ilin noyabrında qalxanvari vəzisindəki şişlə əlaqədar cərrahiyyə əməliyyatı olunub. Həkimlər ona ömürlük xüsusi dərman qəbul etməyi tapşırıblar.
2011-ci ilin oktyabrında isə Heydər Əliyev Sarayında çıxışı zamanı Coşqunun halı proqramın ortasında pisləşmiş və o, özündən getmişdi. O zaman məlum olmuşdu ki, Coşqun bəzi hallarda həkimlərin təyin etdiyi dərmanı vaxtlı-vaxtında qəbul etmirmiş.