Dənizkənarı Milli Park ərazisində bu gündən dezinfeksiya işlərinə başlanılıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, son illərdə dünyada yayılan infeksion xəstəliklərin yayılmasını nəzərə alaraq Azərbaycanda da bu xəstəliklərin sayının artmaması üçün insanların çox olduğu yerlərdə, xüsusən də Dənizkənarı Bulvar ərazisində bu işlərə start verilib.
Bulvar ərazisinə gələn insanların sayının çox olmasını nəzərə alaraq oturacaqlardan tutmuş bütün kafe və restoranlar, attraksionların hamısı dezinfeksiya olunacaq.
Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov insanlar, xüsusən də uşaqları qorumaq, yarana biləcək infeksion xəstəliklərin qarşısının alınması üçün bu cür tədbirlərin davamlı olacağını bildirib.