Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 4 nömrəli istehsalat sahəsinin məşəl təsərrüfatı xidməti müəssisədə ekoloji problemlərin həlli baxımından müstəsna rol oynayan bölmələrdəndir.
Oxu.Az xəbər verir ki, SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, cari və əsaslı təmir işləri zamanı atmosferə atılan qazları tutaraq utilləşdirmək üçün nəzərdə tutulmuş bu bölmə yeni 3 ədəd qaz kompressorunun, bir neçə tutumun və 10000 kubmetrlik qazqolderin quraşdırılması ilə yeniləşib.
Nəticədə sahəyə atılan qazların miqdarı əvvəlki vaxtlarla müqayisədə bir neçə dəfə azalıb.
Gülnarə Zeynalova
www.oxu.az