Birinci Qarabağ müharibəsinin iştirakçısı, dinc azərbaycanlıların qatili olan 200 erməni veteranı hərbi əməliyyatlarda iştirak etmək üçün Qarabağa gəliblər.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə erməni “Faktinfo” agentliyi Qarabağın Laçın rayon separat administrasiyasının işlər idarəçisi David Dasvtyana istinadən bildirib.
“Daha 200 könüllü ön sırlarda olmaq arzusunu bildirib və onlar artıq siyahıya alınıblar. Könüllülərin ilk yüzlüyü avqustun 6-sı qayıdacaq, və əgər lazım olarsa 200 könüllü onları əvəz edəcək”, - o deyib.
Xatırladaq ki, bu yaxınlarda Ermənistan müdafiə naziri S.Ohanyan bildirib ki, Ermənistan hərbi rəhbərliyi işğal edilmiş Azərbaycan rayonu Laçına birinci Qarabağ müharibəsi veterenlarından ibarət 100 könüllü yollayıb. Jurnalistin nizamlı erməni ordusu olduğu halda ön cəbhəyə könüllülərin göndərilməsi ilə əlaqədar sualına cavab verərkən S.Ohanyan gənc əsgərlərin hərbi təcrübəsinin olmamasından gileylənib.