Gördüyünüz bu görüntülər bir müddət əvvəl metronun 28 may stansiyasının ətrafında lentə alınıb. Bakı sakinləri gündəlik həyatlarına davam edir, ictimai nəqliyyatdan normal şəkildə istifadə edirlər.
Aidiyyətli orqanların tıxacların baş verməməsi üçün çalışdıqları bir məqamda Milli Şura məhz bu ərazilərdə mitinq keçirmək üçün müraciət edir. Müraciətə baxılaraq ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazasında keçirilməsi təklif olunub. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və Prokurorluğu müraciətin müəlliflərinə rəsmi məlumat verib və onlara müəyyən edilməmiş yerlərdə mitinq keçirəcəkləri təqdirdə ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edilib.
Buna baxmayaraq, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla, müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstəriblər. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb. Qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb. Onlardan 18 nəfərin əməlləri müvafiq qaydada sənədləşdirilərək, qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər isə, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar.
Milli Şuranın qanunsuz mitinqinin qarşısı alınıb - VİDEO
Rəylər