Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mingəçevir su anbarında suyun miqdarı 40 faizdən çox azalıb - FOTO/VİDEO
“Mingəçevir su anbarında suyun miqdarı 40 faizdən çox azalıb”.
Oxu.Az-ın məlumatına görə, bunu ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, 2018-ci ildə anbara 823 milyon kubmetrdən çox su daxil olurdusa, hazırda bu, 455 milyon kubmetrədək azalıb:
“Su anbarına əlavə çayların yönləndirilməsinə baxmayaraq, həcmdə azalma müşahidə edilir. Son 7-8 ildə ölkədə quraqlıq müşahidə edilir. Bu, yağıntının və kütləvi ötürülən suyun miqdarının azalması ilə bağlıdır”.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
Rəylər