Mingəçevir şəhərində 11 yaşlı qız dəm qazından boğulub.
Oxu.Az-ın məlumatına görə, 2012-ci il təvəllüdlü Ş.Əsədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Qeyd edək ki, Ş.Əsədovanın hadisə baş verən gün doğum günü olub.
Faktla bağlı araşdırma aparılır.
